Yaşı 70-i keçmiş yüksək vəzifəli məmurların SİYAHISI


Son illərdə Azərbaycanda aparılan islahatlar sayəsində gənc və peşəkar kadrların yüksək vəzifələrə təyin olunması mütəmadi hal alıb. Buna baxmayaraq, yüksək vəzifə tutan təcrübəli məmurların sayı da az deyil.
NOCOMMENT.az hazırda yüksək vəzifə tutan ən yaşlı məmurların siyahısını təqdim edir:

Siyahıya Baş nazirin müavini 81 yaşlı Yaqub Eyyubov liderlik edir. Eyubbov 1945-ci ildə anadan olub.

Baş nazirin müavini Yaqub Eyyubov 81, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 80, Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev 77, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 75, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 74, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 74, DİM-in sədri Məleykə Abbaszadə 73, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 72, Baş Nazir Əli Əsədovun isə 70 yaşı var.

Generallardan BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalov 75, Ədliyyə nazirinin müavini ədliyyə general-leytenantı Eldar Nuriyev 71, Daxili işlər nazirinin müavini Fazil Quliyevin isə 70 yaşı var.

İcra başçılarından Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə 80, Şuşa şəhərinin icra başçısı Bayram Səfərov 75, Qobustan rayonunun icra başçısı Adil Məmmədov 74 , Xocalı rayonunun icra başçısı Şahmar Usubov 73, Qubadlı rayonunun icra başçısı Malik İsaqov 73, Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov 73, Siyəzən rayonunun icra başçısı Novruz Novruzov 72, Füzuli rayonunun icra başçısı Alı Alıyev 72, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun isə 72 yaşı var.

Diplomatik korpus nümayəndələrindən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 80, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev 75, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev 74, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevin isə 73 yaşı var.

Aknews.az

Xəbərlər