Kuşdinq Güləş Federasiyasının nümayəndə heyəti dünya çempionatında iştirak edəcək


Kuşdinq Güləş Federasiyasının nümayəndə heyəti Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Federasiyanın mətbuat katibi Vüsalə Gözəlova da rəsmi nümayəndə heyətinin tərkibinə daxildir. O, kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada Azərbaycanı təmsil edəcək idmançılara uğurlar arzulayıb.

V.Gözəlovanın sözlərinə görə, milli komanda üzvləri yarışa ciddi hazırlaşıblar və ölkəni layiqincə təmsil edəcəklərinə böyük inam var.

Qeyd edək ki, dünya çempionatında müxtəlif ölkələrdən olan idmançıların iştirakı gözlənilir və yarışın yüksək rəqabət şəraitində keçəcəyi proqnozlaşdırılır.

Aknews.az

Xəbərlər