Bir villaya görə dövlətin milyonluq layihəsinə barmaq edənlər onlar imiş... İDDİA


"Bir müddət bundan öncə ölkə mediasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisində baş verən qanunsuzluqlardan bəhs olunmuşdur. Göstərilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədovun dönəmində yolun Novxanıdan keçən hissəsində layihəyə kobud müdaxilə edilib, bir villya görə yolun istiqaməti kəskin şəkildə dəyişdirilib. Həmin məqalələrdə sözügedən villanın “Akula” Vüqar və onun şəriki şəkili Yusif adlı şəxsə məxsus olduğunu qeyd olunmuşdur. (https://xalqxeber.az/society/120903-saleh-memmedov-bir-villaya-gore-deyeri-on-milyonlarla-hesablanan-magistral-yolun-istiqametini-deyishib-akula-vuqar-ve-onun-sheriki-shekili-yusif-adli-shexs.html )"
Bu barədə TEREF-ə göndərilən məqalədə müəllif yazırş
Məqalədə daha sorna bildirilir:
"Bugünlərdə məlum olub ki, bir villaya görə dövlətin milyonluq layihəsinə müdaxilə edən, yolu göl və təpəliklərə doğru istiqamətləndirən, bununla da dövləti sözün həqiqi mənasında dağa-daşa salan, habelə, yolun inşası üçün maliyyə sərfini artıran və bununla da dövlət büdcəsinə ziyan vuran bu müdaxilə Saleh Məmmədovun müavinləri tərəfindən həyata keçirilib. Bu səbəbdən də, müavinlərin layihəyə hansı səbəbdən, hansı maraqlar konteksində müdaxilə etməsi əlaqədar qurumlar tərəfindən araşdırılmalı, işin bütün qaranlıq tərəfləri ictimaiyyiləşdirilməlidir. Və hər kəs bilməlidir ki, xalqdan yığılan vergilər əsasında formalaşan büdcəni fərdi maraqları kontekində göyə sovurnlar kimlərdir və onlar bu əməllərinə görə necə cəzalandırılır."
Məqalədə qaldırlan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Aknews.az

Xəbərlər