Lənkəran səhiyyəsində şübhəli tender


Lənkəran rayon Mərkəzi Xəstəxanası tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməklə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə telekommunikasiya xidmətləri üzrə 1.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Bizimesr.com yazır ki, məlumat satınalmaların portalında 11.04.2026-cı ildə dərc edilib. Lənkəran rayon Mərkəzi Xəstəxanası telekommunikasiya xidmətləri üzrə bir satınalma müqaviləsi də “Aztelekom” MMC ilə 31.01.2026-cı ildə bağlayıb. Bu müqavilənin dəyəri isə 32.040 manat təşkil edib.

Yəni Lənkəran rayon Mərkəzi Xəstəxanası yalnız 2026 ildə telekommunikasiya xidmətinə dair bir mənbədən satınalma metodu tətbiq etməklə 2 satınalma müaviləsi bağlayıb. Bunun ümumi dəyəri 33 480 28 manat təşkil edib.

Buradan sual yaranır – Lənkəran rayon Mərkəzi Xəstəxanasının istifadəsində nə qədər sabit şəbəkə telefonları var ki, il ərzindəyə istifadəyə görə 32 min manatdan çox vəsait ayrılır?

Qeyd edək ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Məmmədova Nuridə Rafiq qızıdır. O, daşıdığı vəzifəyə 2025-ci ilin avqustunda TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun əmri ilə təyin edilib. Nuridə Məmmədova ondan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.

Bizimesr.com

Aknews.az

Xəbərlər