Ombudsman Səbinə Əliyeva: WUF çərçivəsində keçirilən tədbirlər zamanı əlilliyi olan şəxslərlə görüşmək, onların səmimi enerjisini və həyata baxışını yaxından hiss etmək mənim üçün xüsusi əhəmiyyət daşıdı.
Bir daha əmin oldum ki, inklüziv cəmiyyət yalnız hüquqi anlayış deyil bu, hər bir insanın özünü dəyərli, bərabər və cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etdiyi həyat modelidir. Əlilliyi olan şəxslərin təhsildə, ictimai həyatda, şəhər mühitində və bütün digər sahələrdə fəal iştirakı insan hüquq və azadlıqlarının real təminatının ən vacib göstəricilərindəndir.
Cəmiyyətimizin inkişafı hər kəs üçün bərabər imkanların yaradılmasından keçir. Heç kəs diqqətdən kənarda qalmamalıdır!