"Real Madrid" Vinisiusla anlaşa bilmir


"Real Madrid"in hücumçusu Vinísius Junior klubdan ayrıla bilər.

Məlumata görə, Vinisius karyerasını "Real Madrid"də davam etdirmək niyyətindədir və bu yay komandada qalmağa qərar verib. Lakin tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, 25 yaşlı hücumçu gələn yay klubu azad agent kimi tərk etməyə hazırdır.

Bildirilir ki, futbolçu maaş istəklərini əhəmiyyətli dərəcədə azaldıb. Buna baxmayaraq, "Real Madrid" rəhbərliyi danışıqlarda güzəştə getmək istəmir.

Qeyd olunur ki, bir müddət əvvəl tərəflər razılaşmaya yaxın olsalar da, proses yenidən dayanıb. Yeni danışıqların dünya çempionatından sonra bərpa ediləcəyi gözlənilir.

Aknews.az

Xəbərlər