Azərbaycanın 21 yaşa qədər futbolçulardan (U-21) ibarət yığmasının və "Neftçi"nin futbolçusu Murad Məmmədov karyerasını Kiprin "Pafos" klubunda davam etdirəcək.
Məlumata görə, 20 yaşlı oyunçunun yeni klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.
"Gənc olmasına baxmayaraq, Murad həm yerli, həm də beynəlxalq səviyyədə xeyli təcrübə qazanıb və Azərbaycan futbolunda perspektivli oyunçulardan biri hesab edilir", - deyə Kipr klubundan bildirilib.
Aknews.az