Hakan Fidan Moskvada Putinin müşavirlərini qəbul edib


Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin müşavirləri Vladimir Medinski və İqor Levitin ilə görüşüb.

Qeyd edək ki, bu gün Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək.

Türkiyə XİN rəhbəri iyunun 17-18-də Kazanda Rusiya Federasiyası ilə Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası arasında münasibətlərin 35 illiyinə həsr olunmuş Rusiya-ASEAN yubiley sammitində iştirak etmək üçün Moskvaya gəlib.

Aknews.az

Xəbərlər