İranlı diplomat: Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq


“İran ABŞ ilə danışıqları son dərəcə ehtiyatla davam etdirir və hadisələrin istənilən inkişafına hazırdır”.

“Ölkəmiz istənilən mümkün inkişafa və ya ssenariyə hazırdır. Danışıqları da bu çərçivədə aparırıq. Hər dəfə hücum etdikdə dərhal cavab veririk. Məhz belə davranmağa davam edəcəyik”, - o bildirib.

Bəhreyni İranın ABŞ-yə güvənmədiyini də söyləyib:

“Kiminlə danışıqlar apardığımızı bilirik. Danışıqları son dərəcə ehtiyatla aparırıq, çünki ABŞ-yə etibar etmək üçün heç bir səbəb yoxdur, etməmək üçün kifayət qədər səbəbimiz var”.
Aknews.az

Xəbərlər