İranlı səfir: Tehran ABŞ-dən nə danışıq, nə də atəşkəs istəyib


İranın Vyanadakı səfiri Əsədulla Əşrəq Cəhromi ABŞ Prezidenti Donald Trampın Tehran tərəfindən Vaşinqtona danışıqlar təklif edildiyi barədə bəyanatını təkzib edib.

“Mənə məlum olduğu qədər və Prezident Trampın yanlış bəyanatlarının əksinə olaraq, biz nə atəşkəsə nail olmağa çalışmışıq, nə də danışıqlar üçün müraciət etmişik”, - deyə o bildirib.

Səfirin sözlərinə görə, hazırda Tehran üçün əsas prioritet ölkəni və xalqı hücumlardan qorumaqdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib. O həmçinin ABŞ-də İranın rəhbərliyinə kimin başçılıq etdiyi barədə dəqiq məlumatın olmadığını etiraf edib.

Aknews.az

Xəbərlər