11 yaşlı taekvondoçu: Ən böyük uğurum Avropa çempionluğu olub


“Bütün rəqiblərimi məğlub edərək Avropa çempionu oldum”.
Teleqraf xəbər verir ki, bunu Klublararası Avropa çempionatının qızıl medalçısı Rada Əsəd jurnalistlərə açıqlamasında deyib.

11 yaşlı taekvondoçu iki ildir bu idman növü ilə məşğul olduğunu bildirib:

“11 yaşım var. Düz iki ildir taekvando ilə məşğulam. Bu müddətdə ən böyük uğurum Avropa çempionluğu olub. Bu yarışda üç rəqiblə döyüşdüm. Rəqiblərimdən biri bosniyalı, biri ukraynalı, biri isə xorvatiyalı idi. Bütün rəqiblərimi məğlub edərək Avropa çempionu oldum”.

Gənc idmançı yarışa ciddi hazırlaşdığını vurğulayıb:

“Hazırlıq müddətimiz bir-iki ay oldu. Bu müddətdə yarışa çox ciddi hazırlaşdım, fiziki gücümü artırdım. Bu uğurumu məşqçimə, ailəmə və məni dəstəkləyən hər kəsə həsr edirəm”.

Aknews.az

Xəbərlər