Azərbaycanın 6 taekvondoçusu klublararası Avropa çempionatında medal qazandı


Azərbaycan təmsilçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında 6 medal qazanıblar.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti paylaşım edib.

Aydan Hüseynova (36 kq, "İrəvan"), Rada Əsəd (44 kq, "Mübariz") qızıl, İslam Quluzadə (33 kq, "Alpman"), Gökalp Çilingir (40 kq, Nərimanov RİK), Renad Zülfiqarlı (+57 kq, "Alov") gümüş, Əkbər Tağıyev (+30 kq, "Atlet") bürünc mükafata sahib çıxıb.

Azərbaycan təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və kubokun sahibi olublar.
Aknews.az

Xəbərlər