Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununa bu gün çıxacaq.
"Ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.
Aknews.az