U-21 yığmamız bu gün Qırğızıstanla üz-üzə gələcək


Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.
“Sav” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, millimiz iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.

Aknews.az

Xəbərlər