Masallıda yük avtomobilində yanğın baş verdi - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Masallı rayonu, Sərçuvar kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Renault” markalı yük avtomobilinin qoşqu hissəsindəki təkərdə baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin qoşqu hissəsində bir ədəd təkər yanıb.

Avtomobil və qoşqu yanğından mühafizə olunub.


Aknews.az

Xəbərlər