ABŞ Hərbi Hava Qüvvələri İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində azı dörd obyektə zərbə endirib.
Məlumata görə, gecə saatlarında şəhərin müxtəlif ərazilərində yerləşən obyektlərə hücum nəticəsində güclü partlayışlar baş verib.
Bildirilir ki, raketlərdən bir neçəsinin Şəhid Bəqayi adına xəstəxananın yaxınlığına düşməsindən sonra tibb müəssisəsindəki personalın və xəstələrin təxliyəsinə başlanılıb.
Əhvaz Xuzistan əyalətinin inzibati mərkəzi hesab olunur. Karun çayı üzərində yerləşən şəhərin əhalisi təxminən 1,2 milyon nəfərdir. Şəhər İranın neft və qaz sənayesinin əsas mərkəzlərindən biri olmaqla yanaşı, mühüm nəqliyyat qovşağı kimi də tanınır.
Hadisə ilə bağlı İran və ABŞ rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.
Aknews.az