UEFA reytinqi: “Sabah”ın məğlubiyyətindən sonra Azərbaycanın mövqeyi açıqlandı


Azərbaycan UEFA reytinqində 25-ci pillədəki mövqeyini qoruyub

İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzan “Sabah” xal ehtiyatını artıra bilməyib və ölkəmizin ümumi xal ehtiyatı 23.687-yə bərabər qalıb.

Nəticədə cari mövsümdə qazanılan əmsal 5.125-də qalıb. Bunun 3.000 əmsalı "Sabah"ın, 1.250-si "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.

Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 əmsalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi kazancı isə 23.875-ə bərabərdir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (103.130) başçılıq edir.

Aknews.az

Xəbərlər