2026-cı ilin avqustunda Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 400 min barel olub.
Məlumata görə, ötən ay ölkədə gündəlik neft hasilatı iyul ayının göstəricisi ilə müqayisədə 44 min barel az olub.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 151 min barel geridə qalıb.
Aknews.az