AKİ-yə sədr seçilən Şəfiqə Məmmədovanın ilk açıqlaması: Bir çox çətinlik və problemlər var


"Həyəcan keçirirəm, bu, böyük məsuliyyətdir. Mən çox fikirləşmişəm, nə qədər gücüm varsa, çalışacam. Elə buna görə də namizədliyimi irəli sürdüm. Mənə səs verənlərə də, səs verməyənlərə də təşəkkür edirəm".
Teleqraf xəbər verir ki, bunu Xalq artisti Şəfiqə Məmmədova konfransdan sonra jurnalistlərə açıqlamasında deyib.

"İttifaq daxilində bir çox çətinlik və problemlər var, bu, heç kəsə sirr deyil. Amma kino sahəsində inkişaf var, biz bir çox layihələr təqdim edəcəyik”,-Şəfiqə Məmmədova vurğulayıb.

Aknews.az

Xəbərlər