Fransada iyulun əvvəlindən həm qəsdən, həm də təsadüfən yanğın törətməkdə şübhəli bilinən 474 nəfər həbs edilib.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Onlardan 183 nəfəri yetkinlik yaşına çatmayanlardır, bu da həbs edilənlərin sayının təxminən 39 %-ni təşkil edir.
Həmçinin bildirilib ki, bu il Fransada meşə yanğınlarından zərər çəkən ərazilərin sahəsi artıq 100 min hektara çatıb. Bu, müvafiq peyk müşahidələrinin aparıldığı vaxtdan bəri 20 il ərzində rekord göstəricidir.
Ən çox zərər çəkən isə ölkənin cənub-qərbində yerləşən və on minlərlə hektar ərazinin yandığı Jironda departamenti olub.
Aknews.az