Qazaxıstan Özbəkistanda yayılan məlumatı təkzib etdi


Özbəkistanda baş verən genişmiqyaslı elektrik kəsintisindən sonra media və sosial şəbəkələr baş verənləri Qazaxıstanın elektrik şəbəkəsindəki nasazlıqla əlaqələndiriblər.

“Müəyyən ictimai qruplarda Özbəkistandakı elektrik kəsintilərinin Qazaxıstanın elektrik şəbəkəsində baş verən qəza nəticəsində baş verdiyi barədə yayılan məlumatlar doğru deyil”, - nazirlik vurğulayıb.

Mərkəzi Asiyada bu gün kütləvi elektrik kəsintisi dörd ölkəni əhatə edib. Qazaxıstanın Almatı bölgəsində elektrik kəsintilərindən sonra Qırğızıstan, Tacikistan və Özbəkistan sakinləri də elektrik kəsintiləri barədə məlumat verməyə başlayıblar. Beləliklə, Mərkəzi Asiyanın dörd ölkəsində eyni vaxtda elektrik enerjisi problemləri müşahidə olunub.

Qazaxıstan Energetika Nazirliyinin izahına görə, Mərkəzi Asiyanın enerji sistemindən elektrik enerjisi axınının kəskin dəyişməsi nəticəsində ölkənin enerji sistemində güc sıçrayışı baş verib. Nəticədə qəza əleyhinə sistem işə düşüb və bir sıra regionlarda istehlakçıların bir hissəsi müvəqqəti olaraq elektrik enerjisi təchizatından ayrılıb.

Aknews.az

Xəbərlər