Birinci yarımildə Azərbaycandan Suriyaya 735 milyon kubmetrdən çox qaz ixrac edilib


2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Suriyaya Türkiyə ərazisi ilə 735,30 milyon kubmetr təbii qaz nəql edilib.

Məlumata görə, təkcə iyunda Suriyaya ixrac edilən qazın həcmi 162 milyon kubmetrə bərabər olub.

Birinci yarımildə Suriyaya ixrac Türkiyənin ümumi qaz ixracında 66,49%, təkcə iyunda isə 81,04% paya sahib olub.

Qeyd edək ki, Azərbaycan 2025-ci ilin avqustundan Türkiyənin Kilis şəhəri üzərindən Suriyaya təbii qaz ixracına başlayıb. Ötən ilin avqustunda Suriyaya 59,56 milyon kubmetr təbii qaz ötürülüb.

Aknews.az

Xəbərlər