Pakistan Kəşmirə görə ABŞ-yə etiraz etdi


Pakistan ABŞ-nin Dehlidəki səfirinin Kəşmirin Hindistana məxsus olması ilə bağlı iddiasına etiraz edib.

Etiraza ABŞ-nin Hindistandakı səfiri Serxio Qorun bu həftə Cəmmu və Kəşmirə səfəri zamanı bu bölgəni “Hindistanın mühüm hissəsi” adlandırması səbəb olub.

“Pakistan Cəmmu və Kəşmirin “Hindistanın bir hissəsi” kimi təqdim edilməsini qətiyyətlə pisləyir və rədd edir. Bu region BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının iradəsinə uyğun olaraq yekun həllini gözləyən, beynəlxalq səviyyədə tanınmış mübahisəli ərazidir”, - Pakistan XİN-in bəyanatında qeyd olunub.

Nazirlik vurğulayıb ki, ABŞ səfirinin məsuliyyətsiz açıqlaması Vaşinqtonun Cəmmu və Kəşmir məsələsində uzun illərdir mövcud olan və sənədlərlə təsdiqlənmiş mövqeyinə, eləcə də onun beynəlxalq hüququn aliliyinə və BMT Nizamnaməsinə sadiqliyinə ziddir.

Pakistan Xarici İşlər Nazirliyi ABŞ-yə tövsiyə edib ki, rəsmilərinin ictimai açıqlamalarını Kəşmirin mübahisəli statusuna uyğunlaşdırsın.

Aknews.az

Xəbərlər