Yalçın Rəfiyev: COP-un nəticələri Azərbaycanın qlobal iqlim gündəliyindəki rolunu möhkəmləndirib


Bakıda keçirilmiş COP29-un nəticələri Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunu davam etdirməsinə imkan yaradıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakının Şərqi Avropa üzrə növbəti iqlim tədbirlərinə ev sahibliyi etməsi COP29-un əsas miraslarından biridir.

Y.Rəfiyev qeyd edib ki, bu təşəbbüslər yalnız dövlətləri deyil, özəl sektor, qeyri-hökumət təşkilatları və akademik dairələrin nümayəndələrini də bir araya gətirir:

“Onların ümumi iqlim danışıqları və müzakirələr aparması növbəti COP-un nəticələrinə təsir edən əsas amillərdən biridir”.

Aknews.az

Xəbərlər