Hakim Ziyeşin yeni klubu bəlli oldu


Mərakeş millisinin futbolçusu Hakim Ziyeş karyerasını Braziliyada davam etdirəcək.

Tərəflər transferlə bağlı razılığa gəliblər. Ziyeş Mərakeşin “Vidad” klubundan ayrıldıqdan sonra “Botafogo”ya azad agent kimi qoşulacaq.

Futbolçunun çərşənbə axşamı Braziliyaya gedərək yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Ziyeş daha əvvəl “Çelsi”, “Qalatasaray”, “Ayaks”, “Tvente” və digər klubların formasını geyinib. “Transfermarkt” portalı onun bazar dəyərini 2,2 milyon avro qiymətləndirir.

Aknews.az

Xəbərlər