Naxçıvanda istilik təsərrüfatı işçilərinə 68 min manatlıq xüsusi geyim alınır


Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi işçi geyimlərinin və fərdi qoruyucu vasitələrin satın alınması məqsədilə açıq tender müsabiqəsi elan edib.
32gun.az-ın əldə etdiyi məlumata görə, elan edilən satınalmanın ehtimal olunan qiyməti 68.063,23 AZN təşkil edir.
Tender şərtlərinə əsasən, idarənin əməkdaşları üçün tünd göy rəngdə payız-qış kitelləri, şalvarlar, iş köynəkləri, isti buşlatlar, qış iş ayaqqabıları, uzunboğaz çəkmələr və papaqlar tədarük olunacaq. Geyimlərin arxa hissəsində idarənin adı silinməyən xüsusi çapla qeyd ediləcək.
Bununla yanaşı, təhlükəsizlik standartlarına uyğun olaraq istiliyə və odadavamlı iş kostyumları, xüsusi əlcəklər, dəbilqələr (kaska), qoruyucu üz sipərləri, respiratorlar, eynəklər və LED fənərlərin də alışı nəzərdə tutulub.
Xatırladaq ki, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Qorxmaz Məmmədovdur. Ayaz

Aknews.az

Xəbərlər