Kallas: Avropa ölkələri "Patriot" sistemlərini Ukraynaya versinlər


Avropa İttifaqı (Aİ) ölkələrinə "Patriot" zenit-raket kompleksləri üçün malik olduqları ehtiyat raketləri gələcəkdə yeni təchizat müqabilində Ukraynaya təcili təslim etmələri barədə çağırış edilib.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin müdafiə nazirlərinin görüşü öncəsi bildirib.

"Ukraynanın təcili şəkildə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Biz çağırış edirik ki, "Patriot" raket ehtiyatları qalanlar onları təcili Ukraynaya ötürsünlər və əvəzində sonradan yenidən istehsal olunmuş raketlər alsınlar", - o qeyd edib.

Aknews.az

Xəbərlər