Bakıda AQEM-in VII sammitinin rəsmi açılış mərasimi keçirilir


Bakıda Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammiti keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edən ölkələrin liderlərini qarşılamağa başlayıb.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin dekabrında AQEM-ə sədrliyə başlayıb. Sədrlik çərçivəsində regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf baxımından prioritet əhəmiyyət daşıyan məsələlərə xüsusi diqqət yetirilir. Bu, AQEM-in üzv dövlətlər, region və çoxtərəfli əməkdaşlıq sistemi üçün aktuallığının və rolunun daha da gücləndirilməsinə xidmət edir.

Xatırladaq ki, Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti birləşdirən AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır.

Bakıda AQEM-in VII sammitinin rəsmi açılış mərasimi keçirilir




Aknews.az

Xəbərlər