Azərbaycan Premyer Liqasında VIII tura bu gün start verilir


​Misli Premyer Liqasında I dövrənin VIII turuna bu gün start veriləcək.

​Günün ilk matçında "Şamaxı" öz meydanında "Şəfa"nı qəbul edəcək. Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da başlayacaq.

​Günün ikinci qarşılaşmasında isə "Sumqayıt" "SOCAR Polymer Arena"da "Araz-Naxçıvan" ilə üz-üzə gələcək. Oyun saat 19:00-da start götürəcək.

​Misli Premyer Liqası

I dövrə, VIII tur

16 oktyabr (cümə)

​15:00. “Şamaxı” – “Şəfa”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov

VAR: Elvin Bayramov

AVAR: Tərlan Talıbzadə

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı şəhər stadionu

​19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov

VAR: Əkbər Əhmədov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

SOCAR Polymer Arena.

​Xatırladaq ki, turun digər matçları oktyabrın 17-18-də keçiriləcək.

Aknews.az

Xəbərlər