Misli Premyer Liqasında V tura bu gün yekun vurulacaq.
Son olaraq hazırkı ölkə çempionu "Sabah" "Şəfa"nın qonağı olacaq.
"SOCAR Polymer Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Rəqiblərindən bir oyun az keçirən "Sabah" 9 xalla dördüncü pillədə qərarlaşıb. "Şəfa" 4 xalla onuncudur.
Misli Premyer Liqası
I dövrə, V tur
14 sentyabr (bazar ertəsi)
19:00. "Şəfa" – "Sabah"
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"SOCAR Polymer Arena"
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2:2) və "Zirə" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib.
Aknews.az