Bu gün Neftçala rayonunda yağan yağış rayon mərkəzində fəsadlara səbəb olub. Heydər Əliyev prospektini və şəhərin bir sıra küçələrini su basıb. Bizimesr.info xəbər verir ki, redaksiyamıza göndərilən videogörüntülərdə prospektin və küçələrin su altında qaldığı, yollarda böyük gölməçələrin yarandığı görmək mümkündür.
Xatırladaq ki, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Prezidentin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.
