ÇL: “Sabah” səfərdə “Vikinq”ə məğlub oldu - YENİLƏNDİ


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Sabah” Norveçdə “Vikinq”ə məğlub olub.
Stavanger şəhərindəki “Lyse Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 11-ci dəqiqədə Orfe Mbina açıb. Norveç təmsilçisi 27-ci dəqiqədə Erik Botheymin qolu ilə tarazlığı bərpa edib.

İkinci hissədə Zlatko Tripiç 69-cu dəqiqədə “Vikinq”i önə keçirib. 77-ci dəqiqədə Edin Makkarti birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 81-ci dəqiqədə Henrik Falkner fərqi artırıb. Matçın nəticəsini 90+4-də Erik Botheymin dublu müəyyənləşdirib - 4:1.

Beləliklə, “Sabah” turnirdə növbəti məğlubiyyətini alıb. Azərbaycan təmsilçisinin aktivində 3 xal var. Norveç klubu isə xallarının sayını 4-ə çatdırıb.

Aknews.az

Xəbərlər