İsrail Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib


İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

Bildirilib ki, zərbələrin hədəfi Eyn ət-Tinə yaşayış məntəqəsi yaxınlığında yerləşən təlim düşərgəsindəki onlarla raket və buraxılış qurğusu olub.

İsrail ordusunun məlumatına görə, düşərgədən “Hizbullah”ın “Rədvan” xüsusi təyinatlı bölmələri istifadə edib.

İsrail tərəfi raketlərin ölkəyə qarşı hücumlarda istifadə üçün nəzərdə tutulduğunu və zərbələrin təhlükəni aradan qaldırmaq məqsədilə endirildiyini bildirib.

Aknews.az

Xəbərlər