Yeni nazirdən ŞOK ADDIM: Şərifovun adamları hədəfdə... - YENİ MƏMUR HƏBSLƏRİ OLACAQ


Maliyyə naziri Sahil Babayev rəhbəri olduğu qurumun daxilində yeni prosesə start verməyə hazırlaşır.
Bu barədə "DİA-AZ"ı məlumatlandıran mənbə iddia edir ki, daxili təftiş davam edir və bu zaman ciddi ittihamlara yol açacaq faktlar əldə edən Sahil Babayev həmin faktlara hüquqi qiymət vermək niyyətindədir.

Mənbə deyir: "Bu isə o deməkdir ki, keçmiş nazir Samir Şərifovun kadrlarını təkcə "vurulmaq" deyil, həm də həbs təhlükəsi gözləyir".

Xatırladaq ki, keçən həftə Sahil Babayev MN daxilində inqilabi bir prosesə - regional idarələrin yaranmasına start verdi. Bütün bunlar o deməkdir ki, yeni maliyyə naziri həm islahatların həyata keçirilməsi və həm də köhnə maliyyə cinayətlərinin ifşası baxımından tam səlahiyyətlidir.
Aknews.az

Xəbərlər