Prezident: "ECO-nun Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"


"Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü - red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var".
Aknews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib:

"2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim".

Xəbərlər