Əfqanıstanda zəlzələ nəticəsində iki nəfər ölüb


Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində iki nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.
Bu haqda “Agence France-Presse” məlumat yayıb.

"Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı binanın uçması nəticəsində iki uşaq ölüb, azı 15 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.

Aknews.az

Xəbərlər