Azərbaycanda ÜDM artıb


Cari ilin yanvar- avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bildirilir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Səkkiz ayda neft-qaz sektoru üzrə ÜDM istehsalı 26 milyard 181,9 milyon manat olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,8 faiz azalıb. Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı isə 61 milyard 527,6 milyon manat təşkil etməklə illik müqayisədə 2,1 faiz artıb.

Aknews.az

Xəbərlər