"Qalatasaray" dünya çempionu ilə güclənmək istəyir


Türkiyə nəhəngi "Qalatasaray" Argentina millisi ilə dünya çempionu olan və hazırda "Aston Villa" klubunun şərəfini qoruyan Emiliano Martinesin transferində maraqlıdır.
Aknews.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, "Qalatasaray" təcrübəli qolkiper üçün ilk rəsmi təklifini gün ərzində göndərməyə hazırlaşır.

Qeyd edək ki, Emiliano Martinesin transfer dəyəri 20 milyon avrodur.

Xəbərlər