“Yusif Məmmədəliyev yalnız elmi nailiyyətləri ilə deyil, dünya kimya elminin inkişafına qoyduğu silinməz izlərlə tanınır. Əminliklə demək olar ki, onun yaratdığı elmi istiqamət müasir neft- kimya sahəsini əsasını təşkil edir.
Teleqraf xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransda səsləndirib.
Nazir qeyd edib ki, Yusif Məmmədəliyevin elmi irsi həm həcminə, həm də dəyərinə görə təkcə Azərbaycan üçün deyil, bütün dünya elmi üçün misilsiz əhəmiyyət daşıyır:
“Bu dahi alimi fərqləndirən cəhət ondan ibarət idi ki, onun elmi nəticələri istehsalatda geniş tətbiq edilmiş və sənayedə öz əksini tapmışdır.
O, maarifçi idi və fəaliyyətinə müəllim kimi başlamışdı. Onun elmi nəticələri kimya sahəsinə , ali təhsil proqramlarında təqdim olunur. Onun elmi irsi dövlət səhiyyəsində də yüksək qiymətləndirilir”.
Nazir vurğulayıb ki, növbəti ildən başlayaraq akademik Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş olimpiada keçirilə bilər.
Aknews.az