Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb.
Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir.
***
Məftun Məmmədovun sükanı arxasında olduğu “Toyota Prius”un idarəetmədən çıxaraq aşması nəticəsində onun atası İntiqam Məmmədov həlak olub.
Hadisə nəticəsində onun 3 ailə üzvü də xəsarət alıb. Onlardan sürücünün oğlu 3 yaşlı Tunar Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.
Qəzanı törədən M. Məmmədovun müğənni olduğu bildirilir.
***
Qəzada xəsarət alan azyaşlı Tunar Məmmədov vəfat edib.

