GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi


Bu gün redaksiyamızın TikTok sosial platformasındakı rəsmi hesabına, Gəncə Dövlət Regional Kollecinin (GDRK) tiktok rəsmi səhifəsi vasitəsilə diqqətçəkən və narahatlıq doğuran ismarıc daxil olub. İsmarıcda kollec direktoru Xoşqədəm Xudiyevanın rəhbərliyi altında baş verən qanunsuzluqların ifşası ilə bağlı Bakunews.az-da dərc edilən məqalələrin informasiya axınının qarşısını almaq məqsədi daşıyan hədələyici bir yazı ilə “cavablandırılacağı” ismarıcı olaraq qəbul edilir. Bizim bu cür hədələrdən geri çəkiləcəyimizi düşünən Xudiyeva səhv etdiyinin fərqinə varacaq. Amma Qanun başının üstünü kəsərkən.

Redaksiyamız bu addımı açıq şəkildə şantaj və medianı susdurma cəhdi kimi qiymətləndirir.

Direktorun mövqeyi Prezidentin qərarına ziddir

Qeyd edək ki, X.Xudiyevanın iddia və təzyiq xarakterli mövqeyi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli müvafiq qərarına açıq ziddiyyət təşkil edir. Həmin qərara əsasən, Bakunews.az xəbər portalının rəhbəri barədə 2019-cu ildə Məhkəmə tərəfindən tətbiq edilmiş məsuliyyət tədbiri birbaşa cənab Prezident tərəfindən aradan qaldırılıb.
Lakin Xudiyeva ölkə başçısının imzaladığı sərəncamı tanımır və ya tanımaq istəmir. Niyədə istəsin Axı AXCP üzvünün ailəsində dünüyaya gələn, vəzifə sahibi olduqdan sonra könülsüz olaraq YAP-a üzv olmağı qəbul etmiş biri daxilindəki müxalifət düşüncəsindən qurtula bilməmişdir. Qeyd edək ki, editor.az yazıb Xoşqədəm Xudiyeva özü dəfələrlə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində çalışan müxtəlif vəzifəli şəxslər tərəfindən dəstəkləndiyini bildirib. Xudiyeva dəstəkləndiyin sanaraq Prezidentin Sərəncamlarını qəbul etməmək cəsarəti taparaq məhs xəbər portalının rəhbəri barəsində məqalə yayacağı siqnalını verməklə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 163-cü maddəsində deyilir "Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma" cinayət sayılır.

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Bu faktı bilməmək və ya bilərəkdən nəzərə almamaq, kollec rəhbərliyinin hüquqi savadsızlığını və ya qərəzli yanaşmasını ortaya qoyur. Məlumatsızlıq isə bu halda media nümayəndələrinə qarşı alətə çevrilərək susdurma cəhdi kimi istifadə edilir. Həmçinin qeyd edək ki heç bir mətni özü deyil suni intelekt vasitəsi ilə hazırlayan kollec bu gün jurnalisti özünə hədəf seçməkdədir.

Bu hadisə bir daha göstərir ki, Elm və təhsil naziri Emin Əmrullayevin kadr təyinatlarında ciddi problemlər mövcuddur və bu təyinatların nəticələri artıq açıq şəkildə böhran həddinə çatıb. Emin Əmrullayev sizin rəhbər göndərdiyiniz şəxslərin törətdiyi əməllərə jurnalisti susdurma cəhdinə qanun tədbir görəcək. Lakin bizi narahat edən o rəhbərin bizi hədələməsi susmağa məcbur etməsi deyil. Bizi narahat edən gəncliyimizin naşıların əlində məhv olmasıdır. Sizin diqqətinizi çəkmək istədiyimiz əsas nöqtə bundan ibarətdir. Lakin siz bunu görməzlikdən gəldikcə susduqca cəmiyyət gələcəyə yararsız gəcliklə dolacaq. Bunun fəsadları nə sizdən nədə bizdən yan keçməyəcək.

Tələbə və müəllimlər üsyan həddində – MUSİQİ ŞÖBƏSİNƏ MUSİQİDƏN ANLAYIŞI OLMAYAN ŞÖBƏ MÜDİRİ TƏYİN EDİLİB

Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə tələbə və müəllimlər Gəncə Dövlət Regional Kollecində aparılan qanunsuz və məntiqsiz kadr dəyişikliklərindən ciddi narazılıq edirlər.

Anonim qalmaq şərti ilə müraciət edən müəllim və tələbələrin bildirdiyinə görə:
“Harada görülüb ki, musiqi şöbəsinə musiqidən, notdan anlayışı olmayan, ixtisasca ingilis dili müəllimi şöbə müdiri təyin edilsin? Bu hansı qanuna, hansı məntiqə sığır?”
Müraciətlərdə qeyd olunur ki, illərlə musiqi sahəsində çalışan, peşəkar və təcrübəli bir musiqiçi öz vəzifəsindən kənarlaşdırılaraq başqa şöbəyə göndərilib, onun yerinə isə musiqi sahəsi ilə heç bir əlaqəsi olmayan şəxs təyin edilib.
“Biz başa düşmürük, bu nə özbaşınalıqdır? Kime deyək dərdimizi? Müəllimlər də, tələbələr də bezib, artıq üsyan həddinə çatıb.”

Ən ciddi məqam isə ondan ibarətdir ki, kollecdə kütləvi boykot təhlükəsi yaranıb. Müraciətdə bildirilir ki, vəziyyət dəyişməzsə:
“Kollecin 80 faiz tələbəsi, 90 faiz müəllimi dərslərə qatılmayacaq. Bu direktor vəzifədə qaldığı müddətcə bu vəziyyət davam edəcək.”
Müraciət edənlər vurğulayır ki, yalnız obyektiv araşdırma aparılacağı və məsul şəxslər cavab verəcəyi halda tədris prosesi normallaşa bilər.
Qorxu və təhdid mühiti: “Hamı susmağa məcburdur”
Müraciətlərdə xüsusilə qeyd olunur ki, kollec daxilində təhdid və qorxu mühiti formalaşdırılıb:
“Onsuz da daim təhdid olunuruq. Heç kim açıq danışa bilmir. Xahiş edirik anonimliyimiz qorunsun, problem yaşamaq istəmirik.”

Nazirliyə və aidiyyəti qurumlara açıq çağırış

Bakunews.az olaraq bildiririk ki, bu məsələ yalnız bir kollec daxilində baş verən daxili problem deyil, bu, təhsil sistemindəki kadr siyasətinin iflasının bariz nümunəsidir.

Redaksiya olaraq:
Elm və Təhsil Nazirliyini, Elm və Təhsil Dövlət Agentliyinə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məsələyə təcili və obyektiv şəkildə müdaxilə etməyə çağırırıq.
Bakunews.az medianı susdurmaq cəhdlərindən çəkinməyəcək və ictimai maraq daşıyan faktları yaymaqda davam edəcək.

Mövzu nəzarətimizdədir. Dəfələrlə söz haqqı tanımağımıza baxmayaraq Kollec rəhbərliyi və onun tabe olduğu Gəncə Dövlət Universitetinin rəsmiləri məsələlərlə bağlı açıqlama verməkdə maraqlı olmayıblar. Lakin yenədə qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan edirik. Qarşı tərəf dedikdə bizi şantaj edəcək məqalənizdən danışılmır diqqətinizə ərz edirik.

Xəbərlər