Yeni Günəşliyə "Şaban" lazımdır, Adil Əliyev yox!!!


Adil Əliyev Suraxanıya icra başçısı gələndən rayon Kamçatkadan betər olub. Tək ona görə yox ki, qar yağır və rayona fəlakətə çevrilir, bu, təbiət hadisəsidir, ona görə ki Adil Əliyev qarın yaratdığı fəsadların aradan qalxması üçün əlini ağdan qaraya vurmur.
Faktiki Suraxanı rayonu, xüsusən də Yeni Günəşli bu vəziyyətə təslim olub. İcra başçısı da isti kabinetindən bayıra çıxıb sürüşkən, buzlu yollara bir baxmır, duz səpdirmir, yolların təmizlənməsi üçün heç bir iş görmür. Elə bil ki, rayona "Dəli, dəli, küpəli" filmindəki Şaban gəlməlidir ki, Suraxanı ağ günə çıxsın. Tək dərd qara görə yolların fəlakət olması da deyil. Adil Əliyevin rəhbərliyi altında Suraxanıda kəsilməyən ağac, satılmayan yol, səki qalmayıb. Sanki qanunverici orqanda heç vitse-spiker olmayıb. İcraedici orqana gəldiyi gündən ərazilərin satılıb tikintilərə qurban verilməsinə göz yumur, vətəndaşlarla təzə-təzə gəldiyi vaxtda 1-2 görüş keçirmişdi, indi sakinləri qəbul etmir, problemlərini dinləmir. Bəs icra başçısının gündəlik vəzifəsi nədən ibarətdir? Bir Suraxanıya çıxmaq, Yeni Günəşliyə baxmaq lazımdır. Axı prezident onu öz nümayəndəsi kimi rayona təyin edib ki, tapşırıqlarını icra etsin. Adil Əliyev isə...
P. S. Bizə təcili "kaymakam bey" lazımdır.
neqativ.com


Aknews.az

Xəbərlər