Cavid İmamverdiyev klubsuz qaldı


Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev II Liqa təmsilçisi "Şəki" PFK ilə vidalaşıb.

Bildirilib ki, 36 yaşlı hücumçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Qeyd edək ki, Cavid İmamverdiyev 2025-ci ildən Şəki komandasında çıxış edib.

Aknews.az

Xəbərlər