“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çinin “Şençjen Penq Siti” klubuna baş tutmayan keçidini şərh edib.
28 yaşlı müdafiəçi bu barədə Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan jurnalistlərə açıqlama verib.
“Bəli, təklif var idi. Sonda belə bir qərar verdim. Açığı, hazırda bununla çox da maraqlanmıram. Bütün fikrim “Qarabağ”dadır”, - deyə Mustafazadə bildirib.
Qeyd edək ki, Bəhlul Mustafazadə 2021-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Futbolçunun Çin klubuna keçidi gözlənilsə də, o, “Qarabağ”ın qarşıdakı oyunlarına görə Azərbaycan klubunda qalmağa üstünlük verib.
Aknews.az