Xalqxeber.Az xəbər portalı 14 yaşını qeyd edir


Azərbaycanın informasiya məkanında özünəməxsus yeri olan Xalqxeber.Az xəbər portalı fəaliyyətinin 14-cü ildönümünü qeyd edir. 2012-ci ildə fəaliyyətə başlayan portal qısa müddətdə operativliyi, obyektivliyi və müxtəlif mövzuları əhatə edən xəbərləri ilə geniş oxucu auditoriyasının rəğbətini qazanmağı bacarıb.
Ötən 14 il ərzində Xalqxeber.Az ölkədə və dünyada baş verən mühüm hadisələri diqqətdə saxlayaraq ictimai-siyasi, sosial, iqtisadi və mədəni mövzular üzrə xəbərləri operativ şəkildə oxuculara çatdırıb. Portal təkcə xəbərlərin yayımlanması ilə kifayətlənməyib, həm də müxtəlif problemlərin ictimailəşdirilməsi, vətəndaşların səsinin çatdırılması və cəmiyyət üçün aktual mövzuların işıqlandırılması istiqamətində mühüm rol oynayıb.

Bu illər ərzində Xalqxeber.Az öz fəaliyyətində peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərini əsas tutaraq informasiya məkanında etibarlı xəbər mənbələrindən birinə çevrilib. Portalın kollektivi daim yenilənən media mühitinə uyğunlaşaraq müasir jurnalistika prinsiplərinə əsaslanmaqla fəaliyyətini davam etdirir.

Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov yubiley münasibətilə verdiyi açıqlamada portalın keçdiyi inkişaf yolundan danışaraq bildirib ki, 14 il ərzində əsas məqsəd cəmiyyətə doğru və operativ informasiya çatdırmaq olub:

“Xalqxeber.Az yarandığı gündən etibarən əsas prioritetimiz oxuculara operativ, dəqiq və obyektiv məlumat təqdim etmək olub. Bu illər ərzində oxucularımızın etimadı bizim üçün ən böyük uğurdur. Media sahəsi daim yenilənir və biz də bu yeniliklərə uyğun şəkildə fəaliyyətimizi davam etdiririk. Gələcəkdə də daha geniş layihələr, yeni rubrikalar və peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq oxucularımıza xidmət etməyə davam edəcəyik.”

Baş redaktor həmçinin qeyd edib ki, portalın əldə etdiyi uğurlarda kollektivin zəhməti və oxucuların dəstəyi xüsusi rol oynayır. Onun sözlərinə görə, Xalqxeber.Az bundan sonra da ölkənin informasiya məkanında aktiv fəaliyyət göstərərək cəmiyyət üçün vacib mövzuların işıqlandırılmasına töhfə verməyə çalışacaq.

Qeyd edək ki, Xalqxeber.Az xəbər portalı fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı oxucu auditoriyası qazanaraq Azərbaycan mediasında özünəməxsus mövqeyə sahib informasiya resurslarından birinə çevrilib.

Aknews.az

Xəbərlər