Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”


Elm və təhsil naziri hörmətli Emin Əmrullayevin yanında oturan Qarabağ Regional Təhsil İdarəsinin müdiri Mənsimli Sənan Famil oğlu Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya fakultəsinin “Rabitə qovşaqları və Kommunikasiya sistemləri” ixtisası üzrə məzunudur. Emin müəllimin yaxın dostudur. Orta təhsilin əlifbasını belə bilmir.
Bu sözləri sabiq deputat Etibar Əliyev yazıb. O bildirib ki, bu şəxs valideynlərə, müəllimlərə divan tutub: “Emin müəllim onu əvvəlcə 13 saylı ərazi maliyyə hesablaşma mərkəzinə direktor qoyub. Hesabı yaxşı bildiyindən S.Mənsimli 2022-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Valideyinə, müəllimlərə divan tutduğuna görə yerini təzədən dəyişib… Yəni indiki vəzifəyə gətirib.
Orta təhsilin əlifbasını belə bilmir. “AzGranata”dan, “Şəkər zavodu”ndan, “Bakı Dəniz Limanı”ndan nazirliyə yüksək vəzifələrə dostların təyinatı olursa, onda “rabitəçi” niyə olmasın?
Xocalı soyqırımı zamanı Fatma Zeynalova 27 gün ailəsi ilə birlikdə erməni əsirliyində olmuş və əsirlikdə olan zaman azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşı güllələnərək şəhid olmuşdur. Fatma Zamanova Sənan haqqında Emin Əmrullayevə ünvanladığı məktubdan belə bir cümlə yazmışdı: “Qalmışıq bu allahsızın əlində…”
Əziz bacım Fatma xanım, Allahsız Sənan deyil e, Sənanı ora təyin edəndir”.

Bizimesr.az

Aknews.az

Xəbərlər