Premyer Liqa: “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı məğlub etdi


Azərbaycan Premyer Liqasının XXIV turunun açılış oyununda “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edib.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi matçda Muxtar Respublika təmsilçisindən Hamidu Keyta (37-ci dəqiqə) ilə Ba-Muaka Simakala (40) fərqləniblər. Yevlax komandasının yeganə qolunu 51-ci dəqiqədə Kayl Spens vurub.

Bununla da 5-ci sırada qərarlaşan “Araz-Naxçıvan” xallarının sayını 36-ya çatdırıb. “Karvan-Yevlax” 8 xalla sonuncu - 12-cidir.

Qeyd edək ki, günün digər oyununda “Sumqayıt” “Şamaxı” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:30-da səslənəcək.

Aknews.az

Xəbərlər