Tovuzda evdə partlayış baş verdi, üç nəfər xəsarət aldı - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ziyan dəyib, üç nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Aknews.az

Xəbərlər