Ağdamda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var


Ağdam rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aknews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan Cavid Əli oğlu Musayev və İlkin Zamiq oğlu Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər