Orban: Ukrayna münaqişəsindən silah istehsalçıları və banklar qazanır


Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişədən əsas qazananların silah istehsalçıları, enerji şirkətləri və banklar olduğunu bildirib.

“Bu müharibədə kimin qalib gəldiyini dəqiq deyə bilərəm. Üç böyük qüvvə - silah zavodları, enerji şirkətləri və banklar müharibəni pərdə arxasından irəli aparır”, - deyə o bildirib.

Orban əlavə edib ki, hazırda vəziyyət elə bir mərhələyə çatıb ki, Uilyam Şekspirin “müharibə itləri” adlandırdığı qüvvələri asanlıqla tanımaq mümkündür.

Qeyd edək ki, o, daha əvvəl Avropa İttifaqının Ukrayna səbəbindən avropalıların övlad və nəvələrini borclandırmaq istədiyini də iddia etmişdi.

Aknews.az

Xəbərlər